Mar
2019
11:04
55
143
2713
Virtual karabakh

Eldar Əzizov: Bayıl sürüşmə zonası ilə bağlı yeni qərar veriləcək

2 Mar, 2019
11:04
2713

Eldar Əzizov: Bayıl sürüşmə zonası ilə bağlı yeni qərar veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bayıl sürüşmə zonası ilə bağlı Nazirlər Kabineti yaxın günlərdə yeni qərar verəcək.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

Onun sözlərinə görə, Bayılda baş verən sürüşmə ilə bağlı məsələyə Nazirlər Kabinetində baxılır:

“Sürüşmə hadisəsi bu ərazidə birinci və sonuncu dəfə baş vermir. Bu, təbii prosesdir. Sürüşmə orada yaşayışın olub-olmaması ilə bağlı deyil. Orada sürüşmə yaşıllıq olmayan dövrdə də baş verib. Səhv etmirəmsə, həmin ərazidə sürüşmə 1830-cu illərdə də baş verib. Həmin vaxt orada nə yaşıllıq salınmışdı, nə də yaşayış vardı”.

E.Əzizov bildirib ki, hazırda ərazidə yaşayan vətəndaşların məsələsi gündəlikdə aktualdır. 

“Nazirlər Kabineti yaxın günlərdə yeni qərar verəcək. Bu barədə Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib”, - deyə Eldar Əzizov qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri