Mar
2019
15:43
22
128
3103
Virtual karabakh

Ölkədə qriplə bağlı vəziyyət nə yerdədir? - Nazirlik açıqladı

6 Mar, 2019
15:43
3103

Ölkədə qriplə bağlı vəziyyət nə yerdədir? - Nazirlik açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi azalmağa doğru gedir.

Bunu Oxu.Az-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva ölkədə qriplə bağlı son vəziyyət barədə danışan zaman bildirib.

Onun sözlərinə görə, tək-tək hallarda laborator müayinələr götürülüb:

“Hər hansı qripəbənzər, yaxud ağırgedişli respirator infeksiyalı xəstələrdən laborator müayinələr götürülür. Tək-tək hallarda qrip virusu aşkar edilir, müayinə olunur. Mövsümi qrip virusları var. Ötən həftə ərzində cəmi beş xəstədə qrip virusu aşkar edilib. Əsasən, kəskin respirator viruslarda azalma qeydə alınır. Yəni xəstəlik epidemioloji həddi keçməyib”.

“Virus infeksiyaları yaxın zamanlarda tam azalacaq və yox səviyyəsinə enəcək. Müayinə olunanlar arasında H1N1 virusu qeydə alınmayıb”, - deyə nazirlik rəsmisi qeyd edib.

Respublikanın baş infeksionisti Cəlal İsayev isə bildirib ki, ölkə üzrə yalnız 16 nəfərdə kəskin respirator virusu aşkar edilib:

“Ağır xəstə olmadığı üçün onlardan götürülən nümunələr laboratoriyaya göndərilməyib. Xəstəxanaya müraciət edən xəstələrə həkim tərəfindən birbaşa qrip diaqnozunun qoyulması düzgün deyil. Çünki qrip virusu yalnız laborator şərait yoxlanıldıqdan sonra təsdiqlənə bilər.  İndiki dövrdə qrip virusu nəzərə çarpacaq dərəcədə azalıb. Havalar isti olan kimi bu virus kəskin azalacaq”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri