Mar
2019
15:41
16
282
5121
Virtual karabakh

Evindən oğurluq edilən gözdən əlil danışdı: Əzabla qazanmışdım - VİDEO

7 Mar, 2019
15:41
5121

Evindən oğurluq edilən gözdən əlil danışdı: Əzabla qazanmışdım - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gündür sosial şəbəkələrdə gözdən əlil Elçin Abbasovun kirayə yaşadığı evdən oğurluq edilməsi ilə bağlı xəbərlər yayılıb. 

Məsələni araşdırmaq üçün Baku TV-nin əməkdaşları Elçin Abbasovun yaşadığı ünvana üz tutublar. 

E.Abbasov gözdən əlil olmasına baxmayaraq, illərdir rəngli toxuma güllər hazırlayaraq öz dolanışığını təmin edir. 

O müsahibəsində bildirib ki, yaşadığı evə daxil olan oğru, yaxud oğrular 800 manat pul, 500 manat məbləğində qızıl üzük və 250 manat dəyərində gümüş boyunbağını qarət ediblər.

“Həftənin bazar ertəsi axşam saatlarında evə gəldim. Qapını açmaq istəyirdim ki, evin qapısının açıq olduğun hiss etdim. Məlum oldu ki, evə oğru girib və 800 manat pulumu, qızıl üzüyü, gümüş boyunbağını və bank kartımı oğurlayıb. Mənə 1530 manatdan artıq zərər dəyib”.

Bu hadisədən ehtiyat edən Elçin Abbasov artıq həmin evdə yaşamadığını, hələlik isə başqa yerlərdə gecələdiyini deyir.

Elçin Abbasov bildirib ki, məsələ barədə Nərimanov rayon Polis İdarəsinə məlumat verib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri