10 
Mar
2019
18:45
7
294
3674
Virtual karabakh

Qazaxda “təcili yardım” maşını qəzaya uğrayıb

10 Mar, 2019
18:45
3674

Qazaxda “təcili yardım” maşını qəzaya uğrayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazax şəhərində “təcili yardım” maşını qəzaya uğrayıb.

Report-un  məlumatına görə, Heydər Əliyev prospekti ilə çağrışa gedən “təcili yardım” maşını “VAZ-2107” ilə toqquşub.

Qəza nəticəsində iki nəfər – 1997-ci il təvəllüdlü Musayev Cabir Musa oğlu və "VAZ"ın 1996-cı il təvəllüdlü sərnişini Elgün Musayev xəsarət alıb.

Hər iki yaralı hadisə yerinə çağrılan başqa “təcili yardım” maşını ilə xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri