14 
Mar
2019
01:10
27
261
2955
Virtual karabakh

Lənkəranda qoyun oğruları peyda olub - FOTO

14 Mar, 2019
01:10
2955

Lənkəranda qoyun oğruları peyda olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranın Kənarmeşə kənd sakinlərinin yuxusu oğruların əlindən ərşə çəkilib. 

Oxu.Az-ın məlumatına görə, gecə saatlarında kənd sakini Bəylər İsmayılova məxsus tövlədən 2 baş qoyun oğurlanıb. Son bir ay ərzində ayrı-ayrı vaxtlarda üçüncü oğurluq hadisəsi nəticəsində zərərçəkənin tövləsindən ümumilikdə 4 qoyun oğurlanıb.

Kənddə qoyun oğurluğunun sayının artması sakinləri çox narahat edir. 

Kənd sakinləri oğruların onlara xəsarət yetirə biləcəyindən ehtiyat edərək, gecə həyətə düşməyə çəkinirlər.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsi araşdırmalara başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri