14 
Mar
2019
15:39
18
175
1345
Virtual karabakh

Akademik: Hər il dünyada altı-yeddi milyon insan vərəmdən ölür

14 Mar, 2019
15:39
1345

Akademik: Hər il dünyada altı-yeddi milyon insan vərəmdən ölür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vərəm xəstəliyi qlobal bir problemdir. Bu problem təkcə səhiyyə ictimaiyyətini deyil, bütün dünya əhalisini ciddi şəkildə narahat etməkdədir.

Oxu.Az xəbər verir ki, bunu akademik Əhliman Əmiraslanov parlamentdə vərəm xəstəliyi ilə bağlı dinləmələrdə bildirib. 

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına baxdım. Gözləmədiyim rəqəmlərlə qarşılaşdım”, - deyən Ə.Əmiraslanovun sözlərinə görə, bu gün dünyada 20 milyon vərəmli xəstə var. 

“Eyni zamanda, hər il on milyona yaxın insan vərəmə yoluxur. Bununla yanaşı, hər il dünyada altı-yeddi milyon insan vərəmdən dünyasını dəyişir. Ona görə də görülən işlərə, müsbət nəticələrə baxmayaraq, arxayınlığa yol vermək olmaz. 

Bu xəstəliklə mübarizə tədbirləri daha da gücləndirilməlidir”, - deyə o əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri