14 
Mar
2019
16:11
77
16
1544
Virtual karabakh

İnfeksion nəzarət komitələri yaradılsın - TƏKLİF

14 Mar, 2019
16:11
1544

İnfeksion nəzarət komitələri yaradılsın - TƏKLİF

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün ölkənin bütün xəstəxanalarında verilmiş qərarların icrası üçün infeksion nəzarət komitələrinin və funksiyalarının yaradılmasına ehtiyac var. Çünki bu funksionallıq saxanılmadıqda təkcə vərəm deyil, çox rahat müalicə olunan bir çox xəstəliklər də təhlükəli hala gələ bilər.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov parlamentdə “Azərbaycanda vərəmlə mübarizə” mövzusunda keçirilən dinləmələrlə bağlı iclasda çıxış edərkən deyib.

O qeyd edib ki, vərəm xəstəliyi yayılandan sonra ağciyərlərdə və bəzi orqanlarda kütlə əmələ gətirə bilir.

Onun sözlərinə görə, çox zaman vərəmin müalicəsi zamanı bədəndən bu kütlə təmizlənmədikdə illər ərzində rezidentlik əmələ gəlir.

“Azərbaycanda bu xəstəliklə mübarizə yüksək səviyyədə aparılır. Amma torakal vərəmlə mübarizədə hansısa əskikliklər var. Əminliklə deyərəm ki, vərəmli xəstə müalicədən sonra sağalmış kimi görünsə də, həmin kütlə boşalmadığı halda onun sağlamlığında gələcəkdə problemlər yaranır”, - deyə millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri