14 
Mar
2019
17:13
34
116
3628
Virtual karabakh

QMİ-dən Elşad Miriyə: Ona mane olanların adlarını açıqlasın!

14 Mar, 2019
17:13
3628

QMİ-dən Elşad Miriyə: Ona mane olanların adlarını açıqlasın!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilahiyyatçı Elşad Mirinin kitabının çapına icazə verilməməsi ilə bağlı quruma ünvanladığı ittihamlara reaksiya verib.

E.Miridən konkret ad açıqlaması tələb olunub:

“Elşad Miri bizimyol.info saytına verdiyi müsahibədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmilərinin dediklərinə istinadən ittihamlar səsləndirərək, kitabının çapına icazə verilməməsində Qafqaz Müsəlmanları İdarəsini (QMİ) ittiham edir.

QMİ-nin ünvanına səsləndirdiyi ittihamla bağlı Elşad Miridən fakt olaraq fikirlərinə istinad etdiyi şəxslərin konkret adlarını açıqlamağı tələb edirik.

Adları açıqlamayacağı təqdirdə Elşad Mirinin bu əsassız ittihamları, birmənalı şəkildə, din-dövlət münasibətlərinə kölgə salmaq, QMİ ilə Dini Komitə arasında nifaq yaratmaq, məzhəblərarası münasibətlərə xələl gətirmək məramlı böhtan kimi qiymətləndiriləcək”, - qurumun açıqlamasında deyilir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri