15 
Mar
2019
00:31
104
55
4405
Virtual karabakh

Rəssam: Qızların portretini çəkmək daha çətin olur - VİDEO

15 Mar, 2019
00:31
4405

Rəssam: Qızların portretini çəkmək daha çətin olur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi rəssamların çəkdikləri rəsm əsərləri fotoşəkillərdən fərqlənmir. Mükəmməlliyi ilə seçilən, bu hiperrealis əsərlər reallığı, tam anlamında, olduğu kimi əks etdirir. 

Azərbaycanlı rəssam Vüsal Tərlanoğlunun əl işləri  bu üslubda işləyən Diyeqo Fatsio, Yiqal Ozeri, Qotfrid Helnvayn, Kamalki Laureanodan heç də geridə qalmır. 

Bu cür rəsm əsərlərinin yaranması üçün böyük vaxt tələb olunur, çünki hər bir detal həddindən artıq dəqiq təsvir olunmalıdır. Öz əsərlərini tamaşaçı və tənqidçi önünə çıxarmazdan əvvəl rəssamlar hər rəsmin üzərində onlarla, hətta yüzlərlə saat işləyirlər. Böyük istedad, səbir tələb edən bu əl işləri yaşadığımız dünyanın emosiya və illüziyasını əks etdirir.  

“Hiperrealist üslubda çəkdiyim çox az rəsm var. Çünki, bu rəsmləri çəkmək üçün çox böyük vaxt tələb olunur. Məsələn, Fəxrəddin Manafovun portreti hiperrealist üslubda hazırlanıb və ona 6 ay vaxt sərf olunub”.

Vüsal Tərlanoğlu bu üslubla çəkilən rəsmlərin  baha olduğunu, ancaq qiymətləri Azərbaycana uyğun müəyyənləşdirdiyini deyir. Qiymətlər 50 -5000 min manat arasında dəyişir. 

“3 D rəsmlərə bənzəyən bu üslub, daha çox yarı hiperrealist hesab olunur. Əslində bu üslubla hazırlanan rəsmlərin qiyməti bahadır. Amma, çalışıram ki, qiymətləri ölkəmizə uyğunlaşdırım. Ən çox qadınlar  portret çəkdirməyi sevirlər. Düzdür, bəzən əksinə də olur. Xanımlar partnyorları ilə olan fotolarını, kişilər də xanımların tək rəsmini hazırlatmağı sevirlər”,- deyə rəssam bildirir.

Rəssam bir çox məşhurların rəsimlərini çəkərək onlara hədiyyə edib. 

“Qızların portretlərini çəkəndə çətinlik yaranır, çünki,daha çox effektlərlə çəkilmiş fotolar təqdim edirlər. Bu fotolardan portret hazırlayanda çətinlik çəkirəm. Çünki, müştərilər rəsmləri təqdim etdikdən sonra özlərinə oxşamadıqlarını deyirlər”.

İlhamə Kələyeva, Orxan Hüseynzadə  

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri