14 
Mar
2019
19:40
15
408
7823
Virtual karabakh

4 uşaq anası su çənində boğuldu

14 Mar, 2019
19:40
7823

4 uşaq anası su çənində boğuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astarada 34 yaşlı qadın su çənində boğulub.

Bədbəxt hadisə axşam saatlarında, rayonun Artupa kəndində baş verib.

Kənd sakini 1984-cu il təvəllüdlü Xəyalə Ədalət qızı Kazımova evdən çıxaraq, yaxınlıqdakı çəndən su gətirməyə gedib. Bir müddət keçməsinə baxmayaraq, geri qayıtmayan qadının ailə üzvləri onun ardınca gediblər.

Məlum olub ki, X.Kazımova yer səviyyəsindən bir-neçə metr aşağıda olan çənə əyilərək, vedrəni doldurmaq istəyib. Lakin, ehtiyatsızlıqdan çənin içərisinə yıxılıb. Köməksiz halda qalan qadın suda boğulub.

Yaxınları onun meyitini sudan çıxarıblar. Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiziya və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Xəyalə Kazımova  4 uşaq anası idi.  

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri