15 
Mar
2019
11:46
174
14
5851
Virtual karabakh

Sabunçu stansiyası bu tarixdə açılacaq - Mərkəzə 12 dəqiqəlik yol

15 Mar, 2019
11:46
5851

Sabunçu stansiyası bu tarixdə açılacaq - Mərkəzə 12 dəqiqəlik yol

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin may ayında Sabunçu dəmiryolu stansiyasının açılışı ediləcək. 

Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Heydər Əliyevin ad günü tarixinə stansiyanın açılışı olacaq:

“Bunun üçün yeni qatarlar sifariş edilib və iki əlavə qatarımız var. Əvvəllər Sabunçudan Bakının mərkəzinə yarım saata çatmaq mümkün idisə, hazırda bu məsafə 10-12 dəqiqəyə bərabər olacaq. Qatarlar kiçik intervallarla bir saatdan bir hərəkət edəcək”.

Cavid Qurbanov qeyd edib ki, Sabunçudan Sumqayıta qədər olan məsafədə işlər ilin sonuna yekunlaşacaq:

“Abşeron dəmir yolu xəttində aparılan işləri əvvəllər bir-iki aya bitirəcəyimizi düşünürdük, amma orada iş həcmi çoxdur. Burada çox yerlərdə konfliktli toqquşmalar, kəsişmələr var. Maşınlarla dəmiryolu xəttinin kəsişməsini götürmək üçün çalışırıq ki, bütün keçidlər yer altında olsun”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri