15 
Mar
2019
12:29
15
91
1835
Virtual karabakh

Rövşən Rzayev sürüşmə zonasında yaşayan məcburi köçkünlər barədə

15 Mar, 2019
12:29
1835

Rövşən Rzayev sürüşmə zonasında yaşayan məcburi köçkünlər barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bayıl sürüşmə zonasında yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsi gələcəkdə mümkün ola bilər. 

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, həmin insanların indiki zamanda köçürülməsi ilə bağlı rayon icra hakimiyyəti qərar verməlidir.

Komitə sədri bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hazırda ağır şəraitdə yaşayanları köçürür.

“Gələcəkdə isə Bayıl sürüşmə zonasında yaşayanların da köçürülməsi mümkün ola bilər. Bununla bağlı rayon icra hakimiyyəti qərar verməlidir”, - deyə, o əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri