15 
Mar
2019
16:53
31
450
12492
Virtual karabakh

Sumqayıtda ağır qəza: iki qardaş öldü - YENİLƏNİB

15 Mar, 2019
16:53
12492

Sumqayıtda ağır qəza: iki qardaş öldü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda baş verən ağır qəzada ölənlərin kimliyi müəyyənləşib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzada ölən şəxslər qardaşdır.

Qəza nəticəsində 1996-cı il təvəllüdlü Zəkiyev Mikayıl Məzahir oğlu və onun qardaşı Zəkiyev Vahid Məzahir oğlu ağır xəsarət səbəbindən hadisə yerindəcə dünyasını dəyişib.

2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu, 1995-cı il təvəllüddü Cəfərov Cabir Aslan oğlu və Nəbiyev Cəbi Müdürxan oğlu isə müxtəlif dərəcəli xəsarətlərlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, yaralılardan ikisinin vəziyyəti orta-ağır, digərinin vəziyyəti isə qənaətbəxş hesab edilir.

15:12

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomobilləri toqquşub. Nəticədə iki nəfər hadisə yerində ölüb.

Ölənlərdən biri, 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfərovdur. Digər ölən şəxsin kimliyi müəyyənləşdirilir. Yaralılar isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri