15 
Mar
2019
15:57
45
93
3539
Virtual karabakh

“Baba”dan narkotik aldı, polisə yaxalandı - VİDEO

15 Mar, 2019
15:57
3539

“Baba”dan narkotik aldı, polisə yaxalandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. 

Kürdəmir rayon sakini Namiq Cəbrayılovun onlayn ödəmə terminalları vasitəsi ilə pul köçürdüyü və narkotik vasitə olan metamfetamin aldığı məlum olub.

Qeyd edilən narkotik vasitənin satışının hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqa məlum olan, “Baba” kimi tanınan şəxs tərəfindən təşkil edildiyi müəyyən olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri