16 
Mar
2019
18:10
264
39
3440
Virtual karabakh

İşə düzəltmək adı ilə 10 min dollar alıb Ukraynaya qaçdı, orada ələ keçdi

16 Mar, 2019
18:10
3440

İşə düzəltmək adı ilə 10 min dollar alıb Ukraynaya qaçdı, orada ələ keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dələduzluq ittihamı ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Ukraynanın Donetsk bölgəsində saxlanılıb. 

Tribun.com.ua portalının məlumatına görə, 15 il müddətində Ukraynada qanuni yaşayan azərbaycanlı 2017-ci ildə vətəninə dönüb. 

O, həmyerlisindən işə düzəltmək adı ilə 10 min dollar rüşvət alıb. Ancaq vədini yerinə yetirməyib.

Faktla bağlı Azərbaycan hüquq-mühafizə orqanlarında araşdırma başlayan zaman isə o, yoxa çıxıb. 

Bu müddət ərzində 49 yaşlı azərbaycanlı Ukraynaya gedib və müxtəlif ünvanlarda yaşayıb. 

Məlumatlara görə, o, bu ilin əvvəlində Ukrayna polisi tərəfindən yaxalanıb və hazırda ekstradisiya edilməsi üçün işlər aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri