16 
Mar
2019
19:57
14
517
2885
Virtual karabakh

Göyçayda maşın 7 yaşlı uşağı vurdu

16 Mar, 2019
19:57
2885

Göyçayda maşın 7 yaşlı uşağı vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə bu gün şəhərin Heydər Əliyev prospektində olub.

VAZ 2107 markalı minik avtomobili Ucar şəhər sakini, 2012-ci il təvəllüdlü Abdullayev Saqil Anar oğlunu vurub. Məktəbli ağır bədən xəsarətləri alıb. O, Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri