17 
Mar
2019
09:49
364
56
7498
Virtual karabakh

Gözəl Bayramlı azadlıqda

17 Mar, 2019
09:49
7498

Gözəl Bayramlı azadlıqda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub.

Oxu.Az-ın məlumatına görə, əfv olunan şəxslər azadlığa buraxılıb.

Onların arasında Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı da var.

Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədov bildirib ki, əfv sərəncamı günün sonuna kimi icra olunacaq. Qeyd edib ki, 4 saylı cəzaçəkmə müəssisəsində 25 nəfər əfv olunub.

Qeyd edək ki, martın 16-də Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri