17 
Mar
2019
11:24
310
32
7709
Virtual karabakh

İlkin, Bayram, Elgiz də azadlığa buraxıldı

17 Mar, 2019
11:24
7709

İlkin, Bayram, Elgiz də azadlığa buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

13 saylı cəzaçəkmə müəssisəsində Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb.

Oxu.az xəbər verir ki, sözügedən cəzaçəkmə müəssisəsindən azadlığa çıxanlar arasında “Nida” vətəndaş hərəkatının üzvləri Bayram Məmmədov və İlkin Rüstəmzadə də var.

Pentensiar Xidmətin Təşkilat nəzarət idarəsinin rəisi Vüqar Abışov bildirib ki, 13 saylı cəzaçəkmə müəssisəsindən 42 nəfər əfv olunub.

“Nida”nın digər üzvlərindən olan Elgiz Qəhrəman da bu gün azadlığa buraxılanlar arasındadır. O, 17 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri