17 
Mar
2019
12:25
278
36
9856
Virtual karabakh

Eldar Sabiroğlunun oğlu da həbsdən çıxdı - AÇIQLAMA + YENİLƏNİB

17 Mar, 2019
12:25
9856

Eldar Sabiroğlunun oğlu da həbsdən çıxdı - AÇIQLAMA + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bundan sonrakı fəaliyyətimdə cəmiyyətə faydalı olacağımı düşünürəm.

Oxu.Az xəbər verir ki, bu sözləri prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxan sabiq müstəntiq Rüfət Səfərov deyib. 

“Üç ildir ailəmdən uzaqdayam. Çox qarışıq hisslər keçirirəm. Azadlıq çox gözəl hissdir. Bütün məhbuslara azadlığa çıxmağı arzu edirəm”, - deyə R.Səfərov qeyd edib.


12:11


Həbsdə olan sabiq müstəntiq Rüfət Səfərov 9 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. 

Oxu.Az xəbər verir ki, cəzaçəkmə müəssisəsindən ümumilikdə 5 nəfər azadlığa çıxıb.

9 saylı cəzaçəkmə müəssisəsinin rəisi Baba Gülməmmədov məhbuslara buraxılış vərəqələrini təqdim edib. 

Qeyd edək ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozmaqda, prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verməkdə ittiham olunaraq prokurorluq orqanlarından xaric edilib.

Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdı. Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o, azadlığa buraxılmışdı.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi bu hökmü qüvvəsində saxlayıb.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri