17 
Mar
2019
12:16
222
53
7617
Virtual karabakh

Əfv olunan nigeriyalı: Yaxşı günlər keçirmişəm

17 Mar, 2019
12:16
7617

Əfv olunan nigeriyalı: Yaxşı günlər keçirmişəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənab Prezident İlham Əliyevə bizi azadlığa buraxdığı üçün təşəkkür edirəm.

Oxu.Az xəbər verir ki, bunu 17 saylı cəzaçəkmə müəssisəsindən əfv olunmuş Nigeriya vətəndaşı Obume Mozes bildirib.

“Allah İlham Əliyevə can sağlığı versin. O çox humanist insandır. Ailəm və mən azadlığa buraxıldığımız üçün çox şadam. Mən Azərbaycanda yaxşı günlər keçirmişəm.

Azərbaycan xalqına uzun ömür arzulayıram. Heydər Əliyev Fonduna təşəkkür edirəm. Bu fond yaxşı işləyir.

Ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edirəm. Bu həbsxananın müdiriyyətinə də təşəkkür edirəm ki, bizimlə humanist davrandılar”, - deyə Mozes söyləyib. 

Saxta pul kəsdiyi üçün 17 ay həbsdə olan 53 yaşlı Mozes onu da bildirib ki, Miqrasiya Xidmətinə getdikdən sonra Nigeriyaya qayıdacaq.

Qeyd edək ki, bu cəzaçəkmə müəssisəsində 10 nəfər məhbus əfv olunub. Onların arasında iki Nigeriya vətəndaşı da olub.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri