17 
Mar
2019
17:13
33
127
2154
Virtual karabakh

Səbaildə yararsız, lakin təhlükəli top mərmisi aşkarlandı

17 Mar, 2019
17:13
2154

Səbaildə yararsız, lakin təhlükəli top mərmisi aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Səbail rayonunda hərbi sursat aşkar olunub. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri sözügedən əraziyə cəlb olunub. 

Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olunub ki, bu, döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli olan top mərmisidir. 

Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Mərminin tapıldığı əraziyə yerüstü baxış zamanı digər şübhəli əşya aşkar edilməyib. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri