18 
Mar
2019
19:22
31
205
2186
Virtual karabakh

Xidmət rəisi: Əcnəbi vətəndaşların iş icazəsinin alınması şəffaf prosesdir

18 Mar, 2019
19:22
2186

Xidmət rəisi: Əcnəbi vətəndaşların iş icazəsinin alınması şəffaf prosesdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Demək olar ki, son vaxtlar Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər tərəfindən hər hansı bir narahatlıq və şikayət daxil olmur.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir əcnəbi vətəndaş müvafiq iş icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər:

“Bu kifayət qədər şəffaf və rahat prosesdir. İşə götürən hüquqi və fiziki şəxslər həmin şəxsin müvafiq sənədlərini toplayaraq bizim xidmətə təqdim etməlidir. Həmin sənədlər əsasında Miqrasiya Xidməti tərəfindən 20 gün müddətində müvafiq qərarlar verilir”.

“Bu proses tam elektronlaşıb. Biz tez-tez iş adamları ilə də müəyyən görüşlər keçiririk. Demək olar ki, son vaxtlar bu sahə ilə bağlı hər hansı bir narahatlıq və şikayətlər xidmətimizə daxil olmur”, - deyə, xidmət rəisi qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri