18 
Mar
2019
16:49
181
95
3559
Virtual karabakh

Gəncədə Novruz ab-havası - FOTO/VİDEO

18 Mar, 2019
16:49
3559

Gəncədə Novruz ab-havası - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Novruz bayramı münasibətilə Gəncə şəhər Heydər Əliyev park-kompleksində tədbir təşkil olunub.

Oxu.Az-ın qərb bürosu xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Mamuka Balavadze, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılara Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının motivləri əsasında hazırlanan “Bazar meydanı” tamaşası təqdim olunub. Gəncə Dövlət Filarmoniyasının, Göygöl Dövlət Mahnı və Rəqs ansamblı, Kamera Orkestrı, Gəncə Musiqi Kollecinin kollektivləri qonaqlar qarşısında çıxış ediblər. 

Bayram tədbirində qədim Gəncənin milli yemək və çay süfrəsi açılıb. İştirakçılara Azərbaycan mətbəxinin ləziz xörəkləri, müxtəlif çörəklər, qəlyanaltılar, içkilər, şərbətlər və şirniyyatlar təqdim edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri