18 
Mar
2019
18:14
68
264
8550
Virtual karabakh

Bülbül prospektində qəribə yol nişanı - Sürücülər çaş-baş qaldı

18 Mar, 2019
18:14
8550

Bülbül prospektində qəribə yol nişanı - Sürücülər çaş-baş qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Bülbül prospektində yol nişanı sürücüləri çaş-baş salıb.

3 gündür həmin ərazidən istifadə edən sürücülər yol nişanının düzəldilmədiyini qeyd edir.

Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev Oxu.Az-a açıqlamasında aidiyyəti orqanların bu hallara ciddi nəzarət etməli olduğunu bildirib:

“Əslində, burada sürücüləri çaşdıracaq elə ciddi məqam yoxdur. Lakin bütün hallarda yol nişanları bu vəziyyətdə olmamalıdır.

Böyük ehtimalla nişanın bir hissəsi bərkidildiyi yerdən qopub, aşağı düşüb. Lakin bu, həm piyadalar, həm də sürücülər üçün təhlükəlidir.

Güclü külək onu qopararaq nəqliyyat vasitələrinin, insanların üzərinə ata bilər. Bu isə çox ciddi problemlərə yol aça bilər. Yaxşı olardı ki, bu hal tezliklə aradan qaldırılsın”.

Fotoda gördüyünüz yol nişanlarının ayrı-ayrılıqda mənası:

Dayanma-durma qadağandır 

 

Baş yol nişanı 

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri