18 
Mar
2019
18:04
250
102
3320
Virtual karabakh

Şamaxıda Novruz şənliyi - VİDEO

18 Mar, 2019
18:04
3320

Şamaxıda Novruz şənliyi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxıda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı - Novruz bayramı Şamaxıda qeyd olunub.

Rayonun  Dəmirçi kənd meydanda təşkil olunmuş tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun  idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, kənd və qəsəbələrdən gələn minlərlə sakin iştirak edib

Tədbir iştirakçıları əvvəlcə  şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər .

Rəqqaslar milli musiqinin sədaları altında  rəqs edib, gənc pəhləvanlar  öz güclərini göstəriblər

Təbiətin oyanışını bildirən səməni və digər novruz atributları , məişət əşyaları, toxuculuq və əkinçilik alətləri və digər sənət nümunələri  nümayiş olunub .

O cümlədən bişirilən müxtəlif çeşidli milli xörək növləri gələn qonaqlara təqdim olunub.

Yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən  nənələr  əl işləri maraqla qarşılanıb. 

Bayram tədbirində ənənəyə uyğun olaraq tonqal alovlandırılıb.

Xalqımızın adət-ənənələrini  özündə əks etdirən bayram şənliyində  konsert proqramı ilə davam etdirilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri