19 
Mar
2019
17:29
148
43
4885
Virtual karabakh

“Xətai” stansiyasının açılacağı tarix bəlli oldu

19 Mar, 2019
17:29
4885

“Xətai” stansiyasının açılacağı tarix bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı metrosunun “Xətai” stansiyasının istifadəyə veriləcəyi tarix açıqlanıb.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin  mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, təmirə dayandırılmış "Xətai" stansiyasında işlər artıq yekunlaşmaq üzrədir:

“Stansiyada eskalatorların pillə zolaqlarının quraşdırılması sona çatıb. 18 parçadan ibarət eskalatorlar son olaraq sazlanma prosesi həyata keçirilir. Plandan kənar heç bir hadisə baş verməzsə, tədbirlər planına uyğun olaraq stansiyanın avqust ayının 10-da yenidən istifadəyə verilməsi planlaşdırılır”.

“Xətai” stansiyasının xarici görünüşü barədə danışan qurum rəsmisi mövcud mozaikanın təmir edildiyini də qeyd edib:

“Stansiyanın platformasında da bir sıra təmir-bərpa işləri görülüb. Belə ki, Şah İsmayıl Xətai ilə bağlı mövcud mozaikanın bir qədər təmirə ehtiyacı olduğunu düşündük. Bu sahədə mütəxəssislər dəvət edilib. Mozaikanın peşəkar səviyyədə bərpası da yerinə yetirilib”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri