21 
Mar
2019
11:31
65
147
6420
Virtual karabakh

Sabahın xeyir...

21 Mar, 2019
11:31
6420

Sabahın xeyir...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Hələ qaranlıqdır. Yuxulu halda əlimi telefona atıram və zəngli saatı söndürürəm. Saata baxıram, İlahi saat 6:30. Durmaq lazımdır. Yuxulu-yuxulu mətbəxə keçib qəhvə dəmləyirəm. Hə, acı və tünd qəhvə. Türk qəhvəsi. Amma smartfon artıq sosial şəbəkələrə qoşulub. Baş barmaq bir-bir səhifələri yuxarı ötürür.

Hm... Uşaqlar axşam harda olublar? Deyəsən vaxtları yaxşı keçib. Fotolarda kefləri kökdü. Bu kimdi belə yanlarında? Nə isə.

Barmaqlar artıq başqa istifadəçinin səhifəsinə çevirir.

Bunun başı tamam xarab olub? Bu nə geyimdi belə? Guya dəbdi də. Pfff.

Birdən ayılıram ki, bəs uşağı oyatmamışam. A bala, dur! Dur mamanın ürəyi, dur!

Hə, harda qalmışdım. Tfu, səhifəni itiridim. Nə isə. Görüm “stori”yə nə qoyublar. Ooooo, gül buketi. Kim bağışlayıb görəsən? Eybi yox, biləcəyik.

Məstan oyandın? Gecikəcəksən. Get əl-üzünü yu. Səhər yeməyi də hazırdı. Tez ol bala.

Bu uşaqda heç məsuliyyət yoxdu. Heç nə vecinə deyil.

Qəhvə lap acıdır ki. Neynək, şəkər ziyandır. Belə içərəm.

Ay uşaq, o telefonu qoy da kənara, əynini geyin. Nə qədər telefona baxmaq olar?

Tez ol.  Bir azdan maşın gələcək.

Yeri gəlmişkən, çoxdandır sarışın qız foto-filan atmır “Instagrama”. Yaman göylə gedir. Amma özü bir qəpiklik adam deyil.

Vəssalam. Artıq gəldi sürücü. Alo, bəli. İndi uşaq düşür. Aha. Oldu.

Bala, geyin tez. Maşın gəldi. Məktəbə çatdın zəng edərsən. Maç. Yavaş da bala, telefon əlimdən düşmüşdü. Hələlik bala.

Hə, görək “Facebook”da kim var. Hmm.... darıxdırıcı, darıxıdırıcı, darıxdırıcı. Buna bax hələ, güya çox ağıllıdır da. Yenə hardansa status “copy-past” edib. Toje mne.

Alo, bala çatdın? Hə, yaxşı öpürəm. Bu da belə.

Bu gün tezdən getməliyəm, heç həvəs də yoxdu. Saat neçə oldu? Elə bil indi oyandım axı.

Alo, 15 dəqiqəyə taksini göndərin. Oldu.

Su bağlıdır, qaz bağlıdır, işıqları söndürdüm, qapını da bağladım. Lift aşağı hərəkət etdikcə öz-özümə hesabat verirəm. Artıq vatsapa ilk səsli və yazılı mesajlar gəlməyə başlayır. 

Küçəyə çıxıram və taksiyə minirəm.

Taksi sürücüsü: Sabahınız xeyir xanım .

Aha, sabahınız xeyir. Gecikirəm, zəhmət olmasa bir az tez.

Sən demə artıq yeni gün başlayıb. Amma heç fərqinə varmadığım daha bir gün. Yenə qaça-qaç, yenə iş görüşləri, cari işlərin həlli.

Ay da, bir dənə telefonun batareyası günortaya kimi çəksin, sonra baxarıq. “Instagram”a baxım hələ, təzə nə var?

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri