22 
Mar
2019
10:56
33
610
18453
Virtual karabakh

Goranboyda dəhşətli qəza: insanlar maşında yanaraq öldü - YENİLƏNİB + FOTO

22 Mar, 2019
10:56
18453

Goranboyda dəhşətli qəza: insanlar maşında yanaraq öldü - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboyda ağır yol-nəqliyyat hadisəsində  nəticəsində avtomobildə yanaraq ölən şəxslərdən birinin kimliyi məlum olub.

Oxu.Az xəbər verir ki, bu, 1988-ci il təvəllüdlü Zəminə Mustafayevadır. 

09.22

Goranboyda ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər maşında yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Nemət Süleyman oğlu Məmmədovun idarə etdiyi 09-BL-987 dövlət nömrəli “Mercedes” markalı yük avtomobili ilə 20-CH-879 dövlət nömrəli “Ford” markalı minik avtomobilinin toqquşması nəticəsində “Ford”da yanğın baş verib. 

Yanğının kəşfiyyatı zamanı minik avtomobilində şəxsiyyəti bilinməyən iki nəfərin yanmış meyiti aşkarlanıb. Cəsədlər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Könül Cəfərli 
Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri