22 
Mar
2019
14:58
122
49
3749
Virtual karabakh

7 növ bitki dənindən hazırlanan qovurğa - REPORTAJ

22 Mar, 2019
14:58
3749

7 növ bitki dənindən hazırlanan qovurğa - REPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baharın gəlişi ölkəmizin müxtəlif bölgələrində böyük sevinc və fərqli adət-ənənələrlə qarşılanır. Bu fərqlilik özünü bayram süfrəsi üçün hazırlanan təamlarda da göstərir.

Oxu.Az xəbər verir ki, bayram süfrəsində bayram xonçasının olması vacibdir.

Xonçanın mərkəzində səməni, ailə üzvlərinin sayına uyğun şam, boyanmış yumurta, paxlava, şəkərbura, şorqoğalı və bayram çərəzləri qoyulur. Xonçaya qoyulanların üzərinə isə buğdadan hazırlanmış qovurğa səpilir. Əgər qovurğa sözünü ilk dəfə eşidirsinizsə, bilin ki, cənub bölgəsində, xüsusilə ilaxır çərşənbədə süfrələrə mütləq qovurğa hazırlanıb qoyulmalıdır.

Çərşənbədə yeddi növ bitki dənindən qovurğa qovururlar. Əsasən də buğda, qarğıdalı, noxud, günəbaxan tumu və küncütdən istifadə olunur.

Qovrulan qovurğa bərəkət rəmzidir ki, evdən bərəkət əskik olmasın, çörək, ruzi bol olsun. Novruz bayramının ən önəmli günü ilaxırçərşənbə hesab olunur. İnanca görə, həmin gün də hər kəs evində, ailəsi ilə bigrə olmalıdır. Əgər kimsə bayramı evində keçirməsə, 7 il doğma ocaqda bayram keçirmək ona qismət olmayacaq. Biz də sizlərə doğmalarınızla birgə xoşbəxt bayram keçirməyinizi arzu edirik, bayramınız mübarək!

Baku TV-nin hazırladığı sujeti təqdim edirik:

Rövşən Əzimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri