24 
Mar
2019
00:42
516
41
4757
Virtual karabakh

Türk Dünyası Birinci Qurultayı işə başladı

24 Mar, 2019
00:42
4757

Türk Dünyası Birinci Qurultayı işə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Ankarada Türk Dünyası Birinci Qurultayı işə başlayıb.

 ONA-nın məlumatına görə, qurultayın başlanğıcında Ergenekon canlandırılıb: dəmir döyülüb, tonqal qalanıb.
 
Qurultayın təşkilatçısı olan Turan Milli Türk Sivilizasiyası, Cəmiyyətin Mədəni və Təhsil Cəmiyyətinin rəhbəri Derviş Recep Var türk xalqlarının birliyindən bəhs edib.
 
Azərbaycan bu tədbirdə Diasporlarla iş üzrə dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev və millət vəkili Adil Əliyev tərəfindən təmsil olunub.
 
Qurultayda çıxış edən V.Haciyev bildirib ki, bu qurultayın reallaşması prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluğunun və Azərbaycan-Türkiyə birliyinin göstəricisidir.
 
Millət vəkili A.Əliyev çıxışında deyib ki, bəzi qüvvələr bu qurultayın baş tutmasına mane olmaq istəsə də, başda Azərbaycan olmaqla, türk xalqlarının nümayəndələri onun gerçəkləşməsinə nail olub.
 
Qurultayda Balkan, İran, Yunanıstan, Dağıstan, İraq, Əfqanıstan, Suriya, Ahıska türklərinin nümayəndələri də çıxış edərək Turan birliyinin vacibliyindən danışıblar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri