24 
Mar
2019
09:33
13
203
2903
Virtual karabakh

Qəbələdə evdə partlayış olub: yaralılar var

24 Mar, 2019
09:33
2903

Qəbələdə evdə partlayış olub: yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələ rayonunda ümumi sahəsi 240 m² olan birmərtəbəli, dörd otaqlı evin zirzəmisində partlayış baş verib. 

Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, partlayış dalğasının təsirindən evin döşəməsi dağılıb və arakəsmə divarlarında çatlar əmələ gəlib. 

Yanğın hadisəsi olmayıb. Hadisə zamanı dörd nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri