24 
Mar
2019
10:45
343
74
8764
Virtual karabakh

Yüz yaşlı təhlükəsizlik keşikçiləri - VİDEO

24 Mar, 2019
10:45
8764

Yüz yaşlı təhlükəsizlik keşikçiləri - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx hazırlanıb.

Oxu.Az xəbər verir ki, 1919-cu il mart ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk dəfə xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb.

Ulu Öndər Heydər Əliyev 23 mart 1997-ci ildə  “Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, 28 mart tarixi Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan edilib.

Hər bir dövlətin və vətəndaşın təhlükəsizliyi ölkənin təhlükəsizlik orqanlarının peşəkar olmasından asılıdır. Bu gün Azərbaycanda vətəndaşlar təhlükəsiz şəraitdə yaşayırsa, bunu təhlükəsizlik orqanlarına borcluyuq.

Təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr edilən layihənin rejissoru Rövşən Cahangirov, prodüseri Gövhər Həsənzadədir. 

Videoda səsləndirilən mahnının müəllifləri Alxanlı və İsmayıl Dadaşovdur. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri