24 
Mar
2019
14:21
54
420
24468
Virtual karabakh

Aydın Xırdalanlı son mənzilə yola salınıb - YENİLƏNİB + FOTO/VİDEO

24 Mar, 2019
14:21
24468

Aydın Xırdalanlı son mənzilə yola salınıb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən vəfat edən tanınmış meyxanaçı Aydın Xırdalanlı Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Oxu.Az xəbər verir ki, onun dəfninə ailəsi, sevənləri və sənət dostları qatılıb.

13:14

Xəbər verdiyimiz kimi, söz xiridarı, məşhur meyxanaçı Aydın Xırdalanlı uzun sürən ağır xəstəlikdən (qaraciyər serrozu) sonra ötən gün dünyasını dəyişib. 

Oxu.Az xəbər verir ki, mərhum meyxanaçının nəşi Xırdalanda yerləşən Cümə məscidinə gətirilib.

A.Xırdalanlının yas mərasiminə qohumları, yaxın dostları, həmkarları Rəşad Dağlı, Mehman Əhmədli və digər söz ustadları qatılıb.

Mərhum meyxanaçının ailə üzvləri Aydının evində çəkiliş aparılmasına icazə verməyiblər.

Qeyd edək ki, söz ustası Aydın Quliyev Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

Rəşad Əliyev, Hüseyn Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri