24 
Mar
2019
14:32
37
243
7595
Virtual karabakh

Bərdədə həbsdən çıxan ər arvadını bıçaqladı

24 Mar, 2019
14:32
7595

Bərdədə həbsdən çıxan ər arvadını bıçaqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunda yaşayan məcburi köçkün ailəsində faciə baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Kənddə yaşayan əslən Kəlbəcərdən olan Şahvələd Pənah oğlu Nadirxanov həyat yoldaşı 1983-cü il təvəllüdlü Pərvanə Arif qızı Yəhyayevanı bir neçə bıçaq zərbəsi ilə yaralayıb.

Kənd sakinlərindən əldə etdiyimiz məlumatlara görə, Ş.Nadirxanovun psixi durumu yerində olmayıb:

“Onlar kənd sakinləri deyil, Kəlbəcərdən məcburi köçkündürlər. Kişi 10 ilə yaxın Rusiyada həbsdə olub. Narkotik üstündə saxlanılmışdı. Elə üç ay olar çıxmışdı həbsdən. Heç bilmirik hansı səbəbdən bıçaqlayıb.

Qadın çox sakit, kasıb ailənin qızı olub. Deyilənə görə, kişinin psixi durumu yerində olmayıb. Hadisədən sonra qadını Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriblər. Həkimlər vəziyyətinin ağır olduğunu deyib”.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri