25 
Mar
2019
09:55
184
79
2655
Virtual karabakh

Azərbaycanın “Buranovski nənələri” - REPORTAJ

Azərbaycanda bir çox xalqların nümayəndələri yaşayır. Azsaylı xalqların nümayəndələrindən olan talışlar isə daha çox cənub bölgəsində – Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı rayonları ərazisində məskunlaşıblar. 

Bayram günlərində Talış və Azərbaycan xalq mahnılarının, bayatıların qrup halında mahir ifaçıları Lənkəranın Separadi kəndinin sakinləri olan “Nənələr” folklor ansamblının qonağı olduq.

Bu qrupun hazırda beş üzvü var. Qrup üzvlərinin sözlərinə görə, mərhum prezident Heydər Əliyev 1997-ci ildə Lənkərana səfəri zamanı qrupa “Nənələr” adının verilməsini təklif edib və onlar da bu təklifi qəbul ediblər. Həmin vaxtadək isə ansambl “Bacılar” adlanıb.

Qrupun ən yaşlı üzvünün 79, ən cavan üzvünün isə 55 yaşı var. 

Qeyd edək ki, ötən əsrin 70-ci illərində yaranan ansamblın repertuarında Azərbaycan və talış dillərində 100-ə yaxın mahnı və bayatı var. Məsələn, “Ay lolo”, “Gəl, gözəlim, naz eləmə”, “Mirvari gəlin”, “Almanı alma, gəlin”, “Yar bağa gəldi” və b. Qrup 1982-ci ildə fəaliyyətə başlayıb.

Billurə Mikayıllı, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri