26 
Mar
2019
12:38
27
221
8550
Virtual karabakh

Nazirlik yanğında zəhərlənənlərin sayını açıqladı

26 Mar, 2019
12:38
8550

Nazirlik yanğında zəhərlənənlərin sayını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə Nazirliyi Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı son məlumatı açıqlayıb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, yanğın zamanı altı nəfər tüstüdən zəhərlənib:

“Onlardan üç nəfər Fövqəladə Hallar Nazirliyinin işçisi, iki nəfər ticarət mərkəzinin mühafizəçisi və bir nəfər işçisi olub. Beş nəfərə tüstüdən zəhərləndiyinə görə yerində yardım edilib. Bir nəfər FHN işçisi isə xəsarət aldığı üçün xəstəxanaya aparılıb”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri