26 
Mar
2019
20:42
26
382
5977
Virtual karabakh

Bakıda ticarət mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb

26 Mar, 2019
20:42
5977

Bakıda ticarət mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb.

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından  verilən məlumata görə, hadisə yerinə Nizami rayon 6 saylı Təcili Tibbi Yardım Stansiyasının, Xətai rayonu 7 saylı Təcili Tibbi Yardım Stansiyasının, Sabunçu rayonu 13 saylı Təcili Tibbi Yardım Stansiyasının bölmələri cəlb edilib.

Yanğın zamanı 5 nəfər tüstüdən boğulma ilə təcili yardıma müraciət edib: 

“Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1-i xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı həmçinin 1 polis əməkdaşı burun qanaxması ilə təcili yardıma müraciət edib. Yanğın zamanı habelə daha 2 nəfər də yanıq xəsarətləri alıb”, - deyə rəsmi məlumatda bildirilir.

Qeyd edək ki, xəsarət alanların hamısı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarıdır.  

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri