26 
Mar
2019
23:10
22
275
8204
Virtual karabakh

Bakıda 19 yaşlı qız itkin düşdü - FOTO

26 Mar, 2019
23:10
8204

Bakıda 19 yaşlı qız itkin düşdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 19 yaşlı qız itkin düşüb.

Report xəbər verir ki, Suraxanı rayon Günəşli qəsəbəsinin sakini, 1999-cu ildə anadan olmuş Əzizova Nərgiz Famil qızı bu gün saat 14.00-da "Neftçilər" metrostansiyasının yaxınlığında yaşayan qohumunun evindən çıxıb. O, 64 saylı sərnişin avtobusuna minməli imiş.

Lakin avtobusun hərəkət istiqaməti dəyişdiyindən N.Əzizova evə getməyib və itkin düşüb. 

N.Əzizovanın qohumu Məzahir Əzizli  bildirib ki, ailə üzvləri bununla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə müraciət ediblər.

N.Əzizovanı görənlərdən və ya onun barəsində məlumatı olanlardan 051-920-33-55 telefon nömrəsinə zəng etmələri xahiş olunur. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri