27 
Mar
2019
17:43
28
216
14037
Virtual karabakh

Sığorta şirkətindən “Diqlas”dakı yanğınla bağlı - AÇIQLAMA

27 Mar, 2019
17:43
14037

Sığorta şirkətindən “Diqlas”dakı yanğınla bağlı - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı “AZSIĞORTA” şirkətinə bu günə qədər yeddi müraciət daxil olub.

Bu barədə “AZSIĞORTA” şirkəti Oxu.Az-ın sorğusuna cavabında məlumat verib. 

Qeyd edilib ki, şirkət hazırda bu müraciətləri qeydə alaraq müvafiq araşdırmalar aparır. 

“Sığorta fəaliyyəti haqqında” qanunun tələblərinə əsasən, digər məlumatlar sığorta sirri hesab edildiyi üçün hazırkı mərhələdə daha ətraflı məlumatın verilməsi mümkün deyil”, - deyə şirkətdən bildirilib.

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” ticarət mərkəzində güclü yanğın olub. Yanğın nəticəsində 12 nəfər xəsarət alıb və sahibkarlara milyonlarla manat ziyan dəyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri