29 
Mar
2019
17:23
92
49
2925
Virtual karabakh

“Diqlas”la bağlı görüşdən açıqlamalar - VİDEO

29 Mar, 2019
17:23
2925

“Diqlas”la bağlı görüşdən açıqlamalar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Diqlas” Ticarət Mərkəzində maddi ziyan dəyən vətəndaşlara ilkin ödənişlər gələn həftənin əvvəlində ödəniləcək və hazırda bununla bağlı araşdırmalar aparılır. 

Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib. O bildirib ki, sahibkarlara güzəştli kreditlərin verilməsi təklif olunacaq. 

Nazirin sözlərinə görə, ticarət mərkəzində iş bərpa edildikdən sonra sahibkarlardan 4-5 ay müdətində icarə haqqı alınmayacaq. 

O bildirib ki, sahibkarlara dəymiş ziyanla bağlı sənədlər olmadığı üçün ziyanın hesablanmasında bir neçə dövlət orqanının məlumatlarından istifadə olunacaq. 

Qeyd edək ki, bu gün iqtisadiyyat naziri Şahin Mustafayev “Diqlas” ticarət mərkəzində malı yanan sahibkarlarla görüşüb. Görüşdə iştirak edən sahibkarların sözlərinə görə, ilkin olaraq müəyyən qədər vəsait ayrılacaq, ikinci mərhələdə isə dəymiş ziyan ödəniləcək. 

İlhamə Kələyeva, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri