Apr
2019
11:50
13
213
3397
Virtual karabakh

Oqtay Şirəliyevdən “Formula 1” ilə bağlı - ƏMR

1 Apr, 2019
11:50
3397

Oqtay Şirəliyevdən “Formula 1” ilə bağlı - ƏMR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə naziri Oqtay Şirəliyev aprelin 21-dən 28-dək Bakıda “Formula 1” Azərbaycan Qran-prisi yarışının keçirilməsi ilə bağlı tədbir iştirakçılarına və qonaqlara tibbi yardımın təmin edilməsi məqsədi ilə əmr imzalayıb.

Nazirliyin məlumatına görə, əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə yarışın keçiriləcəyi ərazilərdə təcili tibbi yardım xidmətinin növbətçiliyinin təmin edilməsi, yarışın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Mərkəzi Neftçilər Xəstəxanasına və Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi, tədbir iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssislərində sanitariya-gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri