11 
Apr
2019
13:29
261
25
4689
Virtual karabakh

Bakıda narkotik alverçiləri tutuldu - FOTO/VİDEO

11 Apr, 2019
13:29
4689

Bakıda narkotik alverçiləri tutuldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Cinayəti törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakini Mütəllim Babayev saxlanılıb. Onun üzərinə baxış zamanı 5,695 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. 

M.Babayevin yaşadığı evin həyətindəki yardımçı tikilidən 3 kiloqram 200 qram narkotik vasitə olan heroin, 104,17 qram marixuana, həmçinin, elektron tərəzi və bir ədəd müvafiq sənədləri olmayan “Magnum” markalı ov tüfəngi aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Əvvəllər məhkum olunmuş paytaxt sakini Rəfael Hüseynov Bakının Bakıxanov qəsəbəsində tutulub. Əlindəki idman çantasına baxış zamanı 5 kiloqram 150 qram qurudulmuş marixuana aşkar edərək götürülüb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri Buzovna qəsəbəsində əkdiyini, daha sonra satmaq məqsədi ilə qurutduğunu bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri