11 
Apr
2019
15:13
35
274
5566
Virtual karabakh

Pirşağı yolları bu vəziyyətdədir - VİDEO

11 Apr, 2019
15:13
5566

Pirşağı yolları bu vəziyyətdədir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə ay əvvəl Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsinin Lokomotiv adlanan ərazisində və Bağlar massivində yolların bərbad vəziyyətdə olması haqqında məlumat vermişdik.

Baku TV-nin əməkdaşları həmin yollardakı vəziyyəti yoxlamaq üçün yenidən Pirşağıya yollanıb və kiçik monitorinq keçirib.

Mənzərə isə əvvəlkindən fərqli olmayıb. Ötən çəkilişdə bir neçə kisə qum töküldüyü bəlli olan çuxurlar yenidən əvvəlki halına düşüb.

Sakinlər məsul qurumlara müraciət etməkdən təngə gəldiklərini deyirlər. Halbuki Bakı şəhərinin qəsəbələrində avtomobil yollarının tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncamlar verilir və milyonlarla vəsait ayrılır.

Mütəxəssislər dəfələrlə avtomobil yollarına ayrılan vəsaitlərin düzgün istiqamətdə xərclənmədiyini deyirlər.

Sözügedən reportaji təqdim edirik:

Sail Ağasəlim, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri