12 
Apr
2019
15:38
32
179
2378
Virtual karabakh

“AZAL” prezidenti Batumi şəhərinin meri ilə görüşüb

12 Apr, 2019
15:38
2378

“AZAL” prezidenti Batumi şəhərinin meri ilə görüşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 12-də Bakıda işgüzar səfərdə olan Batumi şəhərinin meri Laşa Komaxidze “AZAL” prezidenti Cahangir Əsgərovla görüşüb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə tərəflər bu ilin 14 iyun tarixindən etibarən Azərbaycanın loukosteri “Buta Airways” tərəfindən birbaşa müntəzəm reyslərin açılacağından məmnunluq ifadə ediblər.

Cahangir Əsgərovun sözlərinə əsasən, Bakı-Batumi marşrutu üzrə uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri həyata keçiriləcək. Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq, belə ki, paytaxt Tbilisiyə də gündəlik uçuşlar həyata keçirilir.

Cahangir Əsgərov bildirib ki, bundan başqa, “AZAL” aviaşirkəti də Tbilisiyə birbaşa reyslər həyata keçirir. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında uçuşların sayının artması işgüzar dairələrin əlaqələrini, turist axınını artıracaq, ümumiyyətlə, regionlararası əməkdaşlığın inkişafına töhfə verəcək.

Öz növbəsində, Laşa Komaxidze Azərbaycanın mülki aviasiya sahəsində nailiyyətlərini yüksək qiymətləndirib. Batumi şəhərinin meri qeyd edib ki, Azərbaycan və Gürcüstan bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində strateji tərəfdaşdırlar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri