12 
Apr
2019
15:43
56
203
6197
Virtual karabakh

Bakıda dövlət qurumunun adından istifadə edib rüşvət aldılar - FOTO/VİDEO

12 Apr, 2019
15:43
6197

Bakıda dövlət qurumunun adından istifadə edib rüşvət aldılar - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bir neçə nəfərin AQTA adından rüşvət topladığı müəyyən olunub.

Bununla bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, son günlər qurumun adından istifadə edərək kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edən, əsassız tələblər irəli sürən şəxslərlə bağlı ayrı-ayrı rayonlardan daxil olan şikayətlər araşdırılıb. 

Məlum olub ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda heyvan kəsimi və ət satışı məntəqələrindən özlərini agentliyin əməkdaşları kimi təqdim edən və sahibkarlardan aylıq pul tələb edən şəxslərlə bağlı şikayətlər öz təsdiqini tapıb.

Belə ki, araşdırmalar zamanı sahibkar tərəfindən əvvəlcədən mağazada quraşdırılan kamerada həmin şəxslərin və istifadə etdikləri avtomobilin foto və video görüntülərinin əks olunduğu müəyyən olunub.

AQTA bəyan edir ki, bu şəxslər agentlik əməkdaşları deyil və qanunazidd hərəkətlərə yol verən həmin şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün məlumatlar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim olunub.

Agentlik sahibkarlardan bu kimi dələduzluq faktları ilə qarşılaşdıqları zaman hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı “Çağrı Mərkəzi”nə məlumat verməyi xahiş edir.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri