12 
Apr
2019
23:40
232
40
4343
Virtual karabakh

Gəncədə narkotacirlər saxlanıldı - FOTO

12 Apr, 2019
23:40
4343

Gəncədə narkotacirlər saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan verilən məlumata görə, aprelin 11-də Gəncə ŞBPİ-nin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  qabaqcadan əlbir olaraq, narkotik vasitələrin alqı-satqısında  şübhəli bilinən şəhər sakinləri, 29 yaşlı  Elvin Nağıyev, 26 yaşlı Rəşad Əliyev və əvvəllər məhkum olunmuş 27 yaşlı Nəriman Mirbağırov saxlanılaraq Nizami Rayon İdarəsinə gətirilib. 

Onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman Nəriman Mirbağırovun üzərindən 1.8 qram, yaşadığı evin müxtəlif yerlərindən isə ümumi çəkisi 1 kq 343,  Elvin Nağıyevin üzərindən 1.9 qram,  Rəşad Əliyevin yaşadığı evdən isə 82.2 qram  “marixuana”  götürülüb.

Bundan başqa ŞBPİ-nin  Kəpəz Rayon Polis İdarəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş 60 yaşlı Elman Rzayev qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda, üzərində gəzdirməkdə və satmaqda şübhəli olduğuna görə şəhər ərazisində saxlanılıb.

 Onun üzərindənə ümumi çəkisi 235.08 qram  narkotik vasitə olan “tiryək” aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri