13 
Apr
2019
00:55
22
411
8163
Virtual karabakh

Masallıda 2 uşaq atası özünü güllələdi - FOTO

13 Apr, 2019
00:55
8163

Masallıda 2 uşaq atası özünü güllələdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallıda güllələnmə hadisəsi baş verib.

Hadisə gecə saatlarında rayonun Köhnə Alvadı kəndində qeydə alınıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 2 uşaq atası olan kənd sakini, 34 yaşlı Rafael Valeh oğlu İbişov özünə məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində döş nahiyəsindən xəsarət alıb

O, qohumlarının köməyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata alınıb. 

Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Döş nahiyəsindən güllə çıxarılan R.İbişov əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri