14 
Apr
2019
12:30
29
485
12102
Virtual karabakh

İsmayıllıda dəhşətli qəza: üç ölü, bir yaralı - YENİLƏNİB

14 Apr, 2019
12:30
12102

İsmayıllıda dəhşətli qəza: üç ölü, bir yaralı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report”un məlumatına görə, Lahıcdan Şamaxı istiqamətində hərəkət edən BMW markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil yolun kənarına aşıb. 

İsmayıllı-Lahıc-Dəmirçi yolunun 5-ci kilometrliyində, rayonun Əhən kəndi ərazisində baş verən qəza nəticəsində üç nəfər hadisə yerində ölüb. Daha bir nəfər ağır xəsarətlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

01.10

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, rayonun Lahıc qəsəbəsində BMW markalı minik avtomobili yolun kənarına aşıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü və bir nəfər sərnişinin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini, habelə yaralı vəziyyətdə olan digər sərnişini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri