15 
Apr
2019
10:24
12
206
3263
Virtual karabakh

Dumanlı hava iki qəzaya səbəb oldu

15 Apr, 2019
10:24
3263

Dumanlı hava iki qəzaya səbəb oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dumanlı hava şəraiti ilə əlaqədar bu saata kimi Bakıda iki yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

O, sürücülərə yollarda diqqətli olmalarını tövsiyə edib:

“Bu saata qədər paytaxt ərazisində nəqliyyat vasitələrinin maddi zərəri ilə nəticələnən iki yol qəzası baş verib. Xəsarət alan olmayıb. Hazırda dumanlı hava şəraiti Bakının Yasamal rayonu ərazisində daha çox hiss olunur.

Bu səbəbdən sürücülərə yaxın işıqlarını yandıraraq hərəkət etmələri tövsiyə olunur. Yaxşı olaradı ki, yollarda sürət həddini mümkün qədər aşağı endirsinlər, ara məsafəni gözləsinlər və diqqətli olsunlar”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri