16 
Apr
2019
11:30
59
45
4932
Virtual karabakh

Avropa keyfiyyətli, lakin münasib qiymətə təhsil - FOTO

16 Apr, 2019
11:30
4932

Avropa keyfiyyətli, lakin münasib qiymətə təhsil - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarusda aparıcı universitetlərin rektorları ilə görüşlər keçirib ikitərəfli müqavilələr imzalayan “A-Level Education Group”-un rəhbəri Ayan Əliyeva bu haqda Oxu.Az saytına geniş müsahibə verib.

Ayan Əliyeva ABŞ-ın Çikaqo Universiteti, İngiltərənin “University of London” və Banqor Universitetlərini bitirib, həmçinin Birləşmiş Krallığın Məzun Mükafatına (“Alumni Awards”) layiq görülüb. O, özəl sektorda işləyir və kadr, mütəxəssis çatışmazlığından əziyyət çəkdiyini bildirir. Bunun çıxış yolunu isə daha az büdcə ilə xaricdə keyfiyyətli təhsil almaq istəyənləri Belarus universitetlərinə yönləndirməkdə görür.

- Ayan xanım, Belarus universitetləri ilə partnyorluq əlaqələrini genişləndirib, uzunmüddətli sazişlər imzalamısınız. Niyə məhz Belarus?

- “A-level” Təhsil Mərkəzi 15 ildir ki, xaricdə təhsil bazarındadır və biz indiyə kimi əsasən Avropa ölkələri, ABŞ və İngiltərəyə tələbə göndərmişik - Qərb bizim prioritetimiz olub. Lakin bu, yalnız müəyyən təbəqəni əhatə etdiyindən anladıq ki, bizə Avropa keyfiyyətli, amma Azərbaycan vətəndaşları üçün daha əlçatan təhsil lazımdır. Araşdırma apardıqdan sonra Belarus təhsilinin üzərində dayandıq, çünki burada təhsil çox yüksək səviyyədədir və postsovet ölkələriylə müqayisədə çox irəli gediblər. Bu onların apardıqları elmi tədqiqatların nəticələrindən  bilinir. Bu çox vacib bir faktordur. 

Belarus məni sözün yaxşı mənasında çox təəccübləndirdi. Biz bir həftə ərzində universitetləri gəzib rektorlarla görüşdük, laboratoriyalardan tutmuş, dərs proseslərini izlədik və bu qənaətə gəldik. 

- Hansı Belarus universitetləri ilə partnyorluq əlaqələriniz var?

- Belarus Dövlət Universiteti, Belarus Dövlət Tibb Universiteti, Belarus Dövlət İqtisad Universiteti, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti, Belarus Dövlət Aqrar Texniki Universiteti, Belarus Dövlət Aviasiya Akademiyası, Belarus Milli Texniki Universiteti, Belarus Dövlət Texnologiya Universiteti, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti, Belarus Milli Elmlər Akademiyası, Minsk Dövlət Linqvistik Universiteti, Belarus Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyası və s.

- Tələbələr Belarusda hansı dillərdə təhsil ala bilərlər?

- Ali təhsil müəssisələrində tədris həm ingilis, həm də rus dilindədir. 

- Rus və ya ingilis dili zəif olanlar Belarusda təhsil ala bilərlərmi?

- Tələbə əgər rus və ingilis dilində danışmırsa, “A-level” Tədris Mərkəzi 3 aydan 1 ilə kimi kurs təklif edir. O kursu bitirdikdən sonra onları müsahibəyə hazırlaşdırırıq.

Həmçinin, tələbə Belarusda hazırlıq ilində oxuya bilər. Hazırlıq ilinin üstünlükləri ondan ibarətdir ki, orada yalnız dil yox, həm də fənlər tədris olunur. Məsələn, iqtisadiyyat üzrə təhsil almaq istəyənlər riyaziyyat, biznesin əsasları və s. kimi fənləri də öyrənirlər. Bununla da tələbə birinci kursda daha yaxşı nəticələr göstərə bilər.

- Belarus universitetlərinə qəbul üçün hansı sənədlər lazımdır?

- Belarusda yalnız attestat ilə təhsil mümkün deyil. Attestatla yanaşı tələbə rus və ya ingilis dilində müsahibədən keçməlidir. Tibb universitetində təhsil almaq üçün isə kimya, biologiya kimi fənn testləri verməlidir. Bizim ikitərəfli razılaşmamıza əsasən tələbələr həm müsahibədən, həm də testlərdən Azərbaycanda keçə biləcəklər. Bu çox böyük nailiyyətdir.

Attestatla yalnız hazırlıq sinfinə qəbul olmaq mümkündür. Hazırlıq ilini orada oxuyan tələbələr birbaşa həmin universitetin birinci kursuna qəbul olurlar.

Onu da qeyd edim ki, “A-level”-in təşkilatçılığı ilə Belarus Tibb Universitetinə imtahan bu ilin iyul ayında Bakıda keçiriləcək. Belarusdan gələn nümayəndələrin iştirakı ilə tələbələr kimya, biologiya fənlərindən imtahan verəcəklər. İmtahan rus və ya ingilis dilində olacaq.

- Bu ölkədə universitet seçimi zamanı tələbələr nələrə diqqət yetirməlidirlər?

- Konsultasiya zamanı çalışırıq ki, valideynlə tələbənin istəyi üst-üstə düşsün. Fikirlər fərqli olanda ortaq nəticəyə gələ bilməsək, üstünlüyü əsasən tələbənin seçdiyi ixtisasa veririk, çünki o, həyatını həmin sənətə bağlamaq istəyir. Öncəliklə tələbənin təhsil almaq istədiyi sahəni dəqiqləşdiririk, daha sonra bu ixtisas üzrə ən yüksək səviyyədə olan universitetdən başlayaraq ilk 5-liyi təklif edirik.

- Belarus universitetlərində hansı sahələrdə təhsil daha güclüdür?

- İlk növbədə IT, daha sonra mühəndislik və əlbəttə ki, tibb. Belarusun texniki universitetləri IT sahəsi üzrə postsovet ölkələri arasında birinci yerdə durur. Minskdəki Texnopark il ərzində investisiyasız özünə milyardlarla pul cəlb edir. Sadəcə IT üzrə çalışan tələbə və mütəxəssislərin hazırladıqları proqramları dünyanın hər yerindən alırlar. Texniki universiteti bitirən tələbələr “Facebook”, “Amazon”, “Google” kimi şirkətlərə cəlb olunurlar.

Belarus Tibb Universitetinin bakalavrını bitirdikdən sonra Almaniya universitetlərinə imtahansız qəbul olmaq mümkündür. BTU-ya İsraildən belə tələbələr gəlir. Və ya başqa bir misal çəkim, Belarus Dövlət Universitetinin alimləri xərçəngə qarşı dərman istehsal ediblər. Hazırda bu dərman patent alıb və Avropa analoqlarından daha güclüdür. Bütün bunlar ölkədə təhsil səviyyəsinin nə dərəcədə yüksək olduğunun göstəricisidir.

Həmçinin, biz Kənd Təsərrüfatı Universitetində də olduq. Buradakı avadanlıqlar Almaniyadan gəlir. Düşünürəm ki, bu sahədə biz ora tələbələr göndərməklə mübadilələr aparmalıyıq. Məsələn, bizim Kənd Təsərrüfatı Universitetinin tələbələri bir neçə həftəlik onların təcrübəsindən yararlana bilərlər.

Minsk Dillər Universitetini bitirənlə Hollandiyada Dillər Universitetini bitirən arasında heç bir fərq yoxdur. Çünki hər şey çox yüksək səviyyədəolub gözəl tələffüs, yüksək söz bazasına əsaslanır. Belarusda Dillər Universitetini bitirən tələbə minimum 3 dil bilir.

Belarus İnformatika və radioelektronika Dövlət Universitet ilə top 10-luqda olan Çikaqo Universiteti arasında ikili diplom razılaşması imzalanıb. Mən özüm Çikaqo Universitetinin məzunuyam və onlar adi universitetlə heç vaxt müqavilə bağlamazlar. Bu da birbaşa Belarus universitetində təhsilin Amerika standartlarından heç də geri qalmadığını göstərir.

- Bəs təhsil haqqı nə qədərdir?

- Universitetlərin illik təhsil haqları 1000-1500 dollardan başlayır, 3000 dollara qədərdir. Tibb sahəsi üzrə təhsil nisbətən bahadır - 4000-5000 dollar. İngilis dilində olan fakültələr 500-800 dollar daha bahadır.

- Universitetlərin təqaüd proqramları varmı?

- Bəli, var. İlə bir neçə təqaüdlü yerlər ayrılır. Məsələn, Kənd Təsərrüfatı və Texniki Universitet Azərbaycandan olan tələbələr üçün 4 yer ayırıb.

- Aylıq yaşam xərcləri haqqında nə deyə bilərsiniz? Kirayə haqları təxminən nə qədərdir?

- Biz orada olarkən yataqxanalarla da maraqlandıq. Hər şey çox yüksək səviyyədədir - tələbələr üçün yeni tikilmiş binalar, hər cür şəraiti olan yataqxanalar. Kirayə haqqı isə ayda cəmi 30-50 dollardır. Müqayisə üçün qeyd edim ki, İngiltərədə həftəsi minimum 170 funtdur. Belarusda il ərzində yataqxanaya cəmi 500 dollar pul sərf olunur. Təbii ki, bu ölkə Avropaya nisbətən daha ucuzdur.
 
- Hazırda bir çox xaricdə təhsil mərkəzləri var. Belarusda təhsil almaq istəyənlər niyə məhz A-level-ə müraciət etməlidirlər?

- Biz bütün universitetlərlə eksklüziv olaraq müqavilələr bağlamışıq. Universitetlərin rektorları və dekanları ilə çox sıx əlaqələr yaratmışıq. Üstəlik bizə ən böyük dəstək Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırovdan gəlir. Belarus səfiri özü bizim işimizə çox böyük qiymət verir, çünki burada məsələ yalnız tələbə göndərmək deyil, həm də iki dövlət arasında olan əlaqələri, ikitərəfli əməkdaşlığı gücləndirməkdir. 

- Tələbələr A-levelin dəstəyi ilə universitetə qəbul olduqdan sonra hər hansı məsələ ilə bağlı sizə müraciət edə bilərlərmi?

- Universitetlərlə imzalanan müqavilələrin şərtlərindən biri də o idi ki, bizim orada nümayəndəmiz olmalıdır. Bütün universitetlərin xəbəri var ki, A-level-in Belarusda ofisi və işçiləri olacaq. Məsələn, tələbə 3 gün dərsə gəlməsə, oradakı nümayəndəmizə məlumat çatdırılır və biz də öz növbəmizdə valideynə xəbər veririk. Valideynlər isə burada bizə müraciət edə biləcəklər, biz isə birbaşa oradakı mentorumuzla əlaqə yaradacağıq. 

Sonda demək istərdim ki, şəxsən mənim üçün bir vətəndaş kimi öz ölkəmə mütəxəssis yetişdirmək vacibdir. İstəyirəm ki, xalqımız savadlı olsun və bilik, təhsil almaq istəyən hər kəs üçün əlçatan imkanlar yaratmağa çalışıram.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri